Tramp: ABŞ və İran sazişin imzalanmasına çox yaxındır

Tramp: ABŞ və İran sazişin imzalanmasına çox yaxındır
07.06.2026 22:50 Xarici siyasət

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Vaşinqton və Tehran nüvə sazişinin imzalanmasına çox yaxınlaşıb.

O, "NBC News" telekanalına müsahibəsində tərəflər arasında razılaşdırılmalı olan cəmi bir neçə məsələnin qaldığını bildirib.

“Biz razılaşmaya çox yaxınıq. Həll edilməli bir neçə məsələ qalıb və görünür ki, bunlar böyük problemlər deyil. Onlar nüvə silahına malik olmayacaqlarını qəbul ediblər”, – deyə Tramp İranla mümkün sazişin vaxtı ilə bağlı sualı cavablandırarkən bildirib.

ABŞ lideri danışıqların müsbət istiqamətdə davam etdiyini vurğulasa da, razılaşmanın nə vaxt imzalanacağı ilə bağlı konkret tarix açıqlamayıb.

XƏBƏR LENTİ
08 IYUN 2026
Bütün Xəbərlər