Azərbaycandan Ukraynaya humanitar yardım göndərildi
Xarici siyasət
03.02.2026 16:52
Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib.
TodayPress TV xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Husyev sosial şəbəkə hesabında məlumat verib.
Onun sözlərinə görə, humanitar yardıma 17 ədəd generator, 4 ədəd daşınabilən enerji sistemi və digər enerji avadanlıqları daxildir.
“Azərbaycana hökumətinə, müəssisələrinə, təşkilatlarına və bütün Azərbaycan xalqına Ukraynaya davamlı dəstəyə görə səmimi minnətdarlığı bildirirəm”, - səfir qeyd edib.
Qeyd edək ki, Azərbaycan bundan əvvəl də Ukraynaya elektrik təchizatı ilə bağlı humanitar yardımlar göndərib.
tag: Azərbaycan,Ukrayna,Humanitar yardım,Paylaşım,Todaypress.tv,
