Daxili turizmdə canlanma olacaq - Ekspert açıqladı

Daxili turizmdə canlanma olacaq - Ekspert açıqladı
31.05.2025 11:00 Turizm

Yay fəslinin başlaması ilə Azərbaycanın müxtəlif bölgələrinə, xüsusilə də Qarabağ regionuna olan maraq nəzərəçarpacaq dərəcədə artıb. 

Turizm eksperti Əziz Şiriyev bu barədə TodayPress TV-yə açıqlamasında bildirib.

Ekspertin sözlərinə görə, qarşıdan gələn Qurban bayramı və məktəblərin yay tətilinə çıxması daxili turizmə müsbət təsir göstərəcək. 

"Ailələr bu dövrdə həm istirahət, həm də ziyarət məqsədilə bölgələrə üz tutur.  İnsanlar artıq sadəcə dincəlmək deyil, eyni zamanda milli dəyərləri yaşamaq, təbiətlə iç-içə olmaq və yerli mədəniyyətlə yaxından tanış olmaq istəyirlər.

Xüsusilə Qarabağ bölgəsinə olan maraq günbəgün artır. Bu bölgə həm emosional, həm də strateji baxımdan xalq üçün xüsusi önəm daşıyır. Qarabağ yalnız tarixi bir bölgə deyil, həm də yeni turizm potensialı ilə diqqət çəkir. Yolların bərpası, yeni turizm marşrutları və təbiətin gözəlliyi regionu daha da cazibədar edir", - deyə ekspert vurğulayıb.

Əziz Şiriyev qeyd edib ki, yay ayları boyunca daxili turizmdə canlanma gözlənilir.

Türkan İsgəndərli

FOTOLAR

Daxili turizmdə canlanma olacaq - Ekspert açıqladı — 1
XƏBƏR LENTİ
02 IYUN 2026
Yaxın Şərqdə kritik dönüş: Hizbullah atəşkəsi qəbul etdi 23:59 Müqavimət göstərən sürücü saxlanıldı 23:47 Türkiyə 4 qolla qələbə QAZANDI 23:29 Paşinyana sui-qəsd planı: 4 nəfərlik qrup saxlanıldı 23:02 Sumqayıtda yaşayış binasında partlayış baş verdi - FOTO - VİDEO 22:57 Trampdan sürpriz addım: Türkiyəyə milyardlıq plan 22:49 Millimiz Dünya Kubokunda növbəti matçını keçirdi - YENİLƏNB 19:42 Trampdan Ərdoğana mesaj: Ankarada NATO sammitinə qatılacaq 22:37 Rusiya Ermənistandan bu məhsulların da idxalını dayandırdı 22:23 Tramp danışıqlara işarə etdi: “Sürətlə davam edir” 22:30 Ermənistanda siyasi qalmaqal: Partiya qərargahına basqın edildi 22:09 Bakı Enerji Həftəsinin ilk günündə imzalanan sənədlərin siyahısı açıqlandı 22:41 Moskva-İrəvan xəttində gərginlik: Ermənistan səfiri təcili geri çağırıldı 22:03 KİV: "Hizbullah" İsraillə tam atəşkəsə hazırdır 21:35 Tramp özündən çıxdı - Netanyahuya telefonda ağır sözlər dedi 21:53 Ceyhun Bayramov Kaleb Orrla Azərbaycan-ABŞ münasibətlərini müzakirə etdi 21:47 “Tarixin uşaq izləri” adlı sərginin açılışı baş tutdu 21:44 İsrail-Hizbullah xəttində dönüş nöqtəsi: Tramp razılaşmanı açıqladı 21:40 Putinin Paşinyana təbriki: Kreml Ermənistana qarşı yumşalır? 21:23 İran atəşkəsin “qırmızı xətt”ini açıqladı 21:27 Fars körfəzində atəşə tutulan yük gəmisində partlayış baş verdi 19:45 Netanyahuya gözlənilməz çağırış: Hücumları dayandır! 21:14 TƏCİLİ: Netanyahu əmr verdi - Hücumları dayandırın! 21:10 Bakıda Türkiyə və ABŞ-nin yeni əməkdaşlıq imkanları müzakirə olundu 19:32 Bu ərazilərdə qaz olmayacaq 19:27 Bütün Xəbərlər