SEPAH həddini aşdı - Azərbaycanı İran cəhənnəminə daxil etmək üçün bombalanmış gəmilərdən istifadə etdilər

SEPAH həddini aşdı - Azərbaycanı İran cəhənnəminə daxil etmək üçün bombalanmış gəmilərdən istifadə etdilər
28.07.2026 11:00 Təhlil

Azərbaycanla İran arasında baş verən hadisələr diqqət cəlb etməkdədir.

Xüsusilə də Amerika Birləşmiş Ştatları–İran müharibəsi fonunda Azərbaycan öz bitərəfliyini elan etməsinə baxmayaraq, İranda müəyyən qüvvələr anti-Azərbaycan təbliğatı aparmaqdadırlar.


Bu xüsusda diqqət çəkən əsas məsələlərdən biri ötən gün İran Kəşfiyyat Nazirliyi tərəfindən Azərbaycanın aparıcı kanallarının, o cümlədən ölkənin birinci kanalı AzTV-nin qeyri-qanuni elan edilməsi oldu.

Bunu guya onların anti-İran və Güney Azərbaycanla bağlı təbliğat aparması ilə əsaslandırırlar.

Buna cavab olaraq Azərbaycan tərəfi Media İnkişaf Agentliyi xətti ilə həm "Səhər" kanalının, həm də "MEHR" İnformasiya Agentliyinin Azərbaycandakı fəaliyyətini qeyri-qanuni elan etdi. Amma bu detallar çərçivəsində bir sıra ciddi nüanslar diqqət cəlb etməkdədir.


SEPAH-a bağlı olan müxtəlif insayder kanallarda Azərbaycana qarşı böhtan kampaniyaları davam etdirilir və bu kampaniyalarda yeni tezislər irəli sürülür.

Bu tezislərdən biri də ondan ibarətdir ki, bu yaxınlarda Ukraynanın Xəzər dənizində İrandan Rusiyaya silah daşıyan gəmini vurmasında Azərbaycanı günahlandırırlar; iddia edirlər ki, Ukrayna dronları əməliyyat məqsədilə Azərbaycan ərazisindən istifadə edib.

Bu baxımdan, Azərbaycanı günahlandırmaq, ittiham etmək, ona məsuliyyət yükləmək və eyni zamanda ölkəmizi İran ətrafındakı əməliyyat meydanına daxil etmək cəhdi belə görünür ki, İran daxilindəki bir çox qüvvələrin xüsusi marağındadır.

Yəni İran qonşu ölkələrin münaqişəyə daha çox cəlb edilməsini prosesin mürəkkəbləşdirilməsi və içindən çıxılmaz bir mərhələyə gəlməsi kimi görür, bunu Amerika Birləşmiş Ştatlarına və İsrailə qarşı bir növ təzyiq vasitəsi kimi izah edir.


Əziz Əlibəyli Beynəlxalq münasibətlər üzrə tədqiqatçı

XƏBƏR LENTİ
28 IYUL 2026
Bütün Xəbərlər