Nikol Paşinyan Azərbaycana 4-5 milyard dollar dəyərində silah verib - nə üzlə səs istəyir?

Nikol Paşinyan Azərbaycana 4-5 milyard dollar dəyərində silah  verib - nə üzlə səs istəyir?
02.06.2026 11:00 Təhlil

Ermənistanın keçmiş vitse-spikeri Eduard Şarmazanov ölkəsinin baş naziri Nikol Paşinyanın hakimiyyət dövrünü kəskin şəkildə tənqid edib.

TodayPress TV "168.am"ə istinadən xəbər verir ki, Şarmazanov "Nikolizm" adlandırdığı siyasi xətti məğlubiyyət, ərazi itkiləri və milli fəlakət kimi xarakterizə edib.

O, Paşinyanı Ermənistan dövlətçiliyini məqsədli şəkildə uçuruma aparmaqda və Azərbaycanın şərtlərini qəbul edərək, ölkəni suverenliyindən məhrum etməkdə günahlandırıb.

Sabiq vitse-spiker Paşinyan hakimiyyətinin fəaliyyətini konkret faktlarla sıralayaraq, bu dövrü Ermənistanın ən qaranlıq səhifəsi adlandırıb.

Onun ritoriksında Paşinyanın Azərbaycana 4-5 milyard dollar dəyərində silah-sursatı döyüş meydanında tərk edib qaçdığı iddia edilir.

Ermənistanın 42 min kvadrat kilometrlik ərazi ilə təhvil alındığı, lakin hazırda 29,8 min kvadrat kilometrə belə sahib olmağın "arzudan" ibarət olduğu vurğulanıb. Bundan əlavə, Paşinyanın dövründə Azərbaycanın Ermənistanın 240 kvadrat kilometrlik suveren ərazisini nəzarətə götürdüyü qeyd olunur.

Həmçinin Paşinyanın əvvəlcə "Qarabağ Ermənistandır və nöqtə" bəyanatı verib, daha sonra tam əksinə – Qarabağın Azərbaycanın bir hissəsi olduğunu rəsmən tanıması "siyasi ikiüzlülük" kimi qiymətləndirilib.

Qarabağın hərbi-siyasi rəhbərliyinin Bakı həbsxanalarına düşməsinə görə birbaşa məsuliyyətin Paşinyanın üzərində olduğu bildirilir. Həmçinin, Erməni Apostol Kilsəsinə qarşı aparılan hücumlar kəskin tənqid olunub.

Şarmazanovun bu "harayı" Ermənistandakı revanşist qüvvələrin seçkiqabağı çarəsizliyinin təzahürüdür.

Bunlar Ermənistanın məğlubiyyəti ilə barışa bilməyən radikal dairələrin son çırpıntılarıdır. Əslində, burada diqqət çəkən məqam odur ki, Ermənistandakı müxalifət də artıq Qarabağın Azərbaycana məxsus olduğunu, sərhədlərin dəqiqləşdiyini və Azərbaycanın bölgədəki hegemonluğunu qəbul edir. Onlar sadəcə bu tarixi məğlubiyyətin məsuliyyətini Paşinyanın üzərinə yıxmaqla öz siyasi gələcəklərini qorumağa çalışırlar. Lakin reallıq budur: Ermənistanın 30 illik işğalçılıq siyasəti, illüziyalar üzərində qurulmuş dövlətçilik modeli Azərbaycanın dəmir yumruğu qarşısında iflasa uğrayıb. Şarmazanovun "türklərin əsarəti" adlandırdığı proses beynəlxalq hüququn bərpası və bölgədəki tarixi ədalətin təmin olunmasıdır.

Seçkiyə sayılı günlər qalmış (iyunun 7-də Ermənistanda parlament seçkiləri keçiriləcək) belə siyasi çəkişmələr bir daha sübut edir ki, İrəvan rəsmiləri və siyasi elitası məğlubiyyəti həzm etməkdə çətinlik çəksələr də, Azərbaycanın yaratdığı yeni geosiyasi reallıqla hesablaşmaqdan başqa yolları qalmayıb.

Jalə Rövşən

XƏBƏR LENTİ
05 IYUN 2026
Avropa Çempionatında qızıl medal qazanan millimiz Vətəndə! 19:21 Milli Məclisdən "CNN"ə ETİRAZ: Əsassız iddialarınızı sübut edin! 19:18 Portuqaliya Prezidenti İlham Əliyevi təbrik etdi 19:13 Azərbaycanda sosial şəbəkələr üçün yeni cərimələr tətbiq olunur 18:58 Bütün ambulans parkları yenilənir 18:33 3 Avropa lideri Ukrayna böhranını müzakirə edəcək 18:21 Tehrandan dünyaya çağırış: 17 zərbə dalğası.. 18:13 Almaniya XİN xəbərdarlıq etdi: Küveyt və Bəhreynə səfər etməyin! 18:05 18 yaşlı Yamal La Liqanı fəth etdi: mövsümün ən yaxşısı seçildi 17:58 Bakıxanovda yaşayış binası yanır 17:54 Bakı Zooloji Parkında Amur pələngi balaları dünyaya gəldi 17:49 Taşdemir dönəmi başa çatdı: klubdan rəsmi açıqlama! 17:31 Küveyt Əmiri İlham Əliyevi təbrik etdi 17:20 Dron hücumunda yaralanan vətəndaşımız: Hər şey yaxşıdır - VİDEO 17:13 Ev trasında parlayan Lekler Monakoda hamını geridə qoydu! 17:05 Koçaryan Azərbaycana məlumat ötürübmüş - 100 erməni mühasirəyə düşüb 16:59 "CNN" Azərbaycanı iki cəbhəyə qarşı qoyur 16:58 “Liverpul” əfsanəsi yeni macəraya başlayır! 16:52 Gəmidə həlak olan vətəndaşlarımızın şəxsiyyəti məlum oldu 16:46 Rusiya gözlənilmədən fəallaşdı: Sülh müqaviləsini Moskvada bağlayaq... 16:40 Bəs azərbaycanlılar kollektiv idman növlərini bacarmırdı? 16:33 Qazaxıstan oyunları öncəsi U-17-də heyət yeniləndi 16:18 Bazar günü intensiv yağış yağacaq - XƏBƏRDARLIQ 16:15 İrandan ABŞ-yə xəbərdarlıq: Gəmilərə dron hücumu - VİDEO 16:01 Ermənistan seçkisinin 100 minlik müəmması: bunlar seçicilərdir, yoxsa qatillər? 15:56 Bütün Xəbərlər