"Bibi"dən sonra Bakı Tel-Əviv ilə necə dolanacaq?

"Bibi"dən sonra Bakı  Tel-Əviv ilə necə dolanacaq?
21.07.2026 12:54 Təhlil

İsrail və Azərbaycan arasındakı strateji tərəfdaşlıq illərdir hərbi, texnoloji və enerji sahələrində dərin əməkdaşlığa söykənir. Benyamin Netanyahunun İsrail siyasətindəki dominant rolundan sonra başlayacaq yeni dövrün bu münasibətlərə necə təsir göstərəcəyi həm Bakı, həm də Tel-Əviv üçün mühüm məsələdir.

Bəs post-Netanyahu dövründə İsrail-Azərbaycan münasibətləri necə olacaq?

Mövzu ilə bağlı beynəlxalq münasibətlər üzrə ekspert, politoloq Əli Mustafa TodayPress TV-yə danışıb. 

Onun fikrincə, Netanyahudan sonrakı dövrdə Azərbaycan-İsrail münasibətləri normal məcrada davam edəcək. 

"Əvvəla, bizim strateji tərəfdaşlığımız, mehriban və dostluq münasibətlərimiz var. Enerji və texnologiya sahələrində əməkdaşlıq edirik. Bu münasibətlərə, əslində, tərəflərin hər zaman ehtiyacı olacaq — bu gün də, sabah da", – deyə o bildirib.

Analitik qeyd edib ki, hazırda regional və qlobal miqyasda çox ciddi proseslər gedir:

"Yaxın Şərqdə geostrateji və geosiyasi proseslər sürətlə inkişaf edir. Sabah bölgədə nələrin baş verəcəyini, hansı dövlətlərin hansı vəziyyətlə üzləşəcəyini proqnozlaşdırmaq çox çətindir. Hazırda ABŞ-İran qarşıdurması birbaşa Körfəz ölkələrini, dolayısı ilə isə region dövlətlərini təhdid edir. Bundan əlavə, yeni münaqişələrin və qarşıdurmaların yaranması riski də mövcuddur."

Politoloq vurğulayıb ki, bütün hallarda Azərbaycan və İsrail dövlətləri mövcud olacaq və iki ölkə arasında əməkdaşlıq davam edəcək.

Əli Mustafa əlavə edib ki, bölgənin digər dövlətləri ilə münasibətlər də bu baxımdan mühüm əhəmiyyət daşıyır, xüsusilə Türkiyə ilə əlaqələr.

"Türkiyə-Azərbaycan və Türkiyə-İsrail münasibətləri də çox önəmlidir. Hər halda, ümid edirəm ki, post-Netanyahu dövründə bu üç dövlət arasında münasibətlər daha anlaşıqlı və daha uyumlu olacaq", - analitik fikrini sonlandırıb. 

Jalə Rövşən 

FOTOLAR

"Bibi"dən sonra Bakı  Tel-Əviv ilə necə dolanacaq?  — 1
XƏBƏR LENTİ
21 IYUL 2026
Bütün Xəbərlər