İsraildə Qərbi Nil virusundan ilk ölüm faktı qeydə alındı

İsraildə Qərbi Nil virusundan ilk ölüm faktı qeydə alındı
20.08.2026 10:44 Sosial

İsraildə Qərbi Nil qızdırmasına yoluxma hallarının sayı 17-yə çatıb.

TodayPress TV "RİA"ya istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat verib.

Təsdiqlənmiş yoluxma hallarının sayı 13-dən 17-yə yüksəlib. Onlardan biri ölümlə nəticələnib.

“Pasiyentlərin əksəriyyətində bu xəstəlik üçün xarakterik olan simptomlar, o cümlədən qızdırma, səpgi və şüur pozğunluğu müşahidə olunub”, – deyə nazirlikdən bildirilib.

Nazirliyin məlumatına görə, Qərbi Nil virusuna yoluxmuş ağcaqanadlar Petah-Tikva, Kfar-Kasem, Kfar-Bara, Ben-Qurion hava limanı, həmçinin Mərkəzi Arava və Brener regional şuralarının ərazilərində aşkarlanıb.

Avqust ayında İsrail Səhiyyə Nazirliyi bu mövsümdə Qərbi Nil qızdırması ilə bağlı ilk ölüm hadisəsinin qeydə alındığını açıqlayıb.

İsraildə hər il Qərbi Nil qızdırmasının mövsümi yayılması müşahidə olunur. Xəstəliyə yoluxma hallarına adətən iyun-noyabr aylarında rast gəlinir.

Qiymət Mahir

XƏBƏR LENTİ
20 AVQUST 2026
Bütün Xəbərlər