Neft qiymətləri 5 %-dən çox aşağı düşdü

Neft qiymətləri 5 %-dən çox aşağı düşdü
03.08.2026 10:20 Sənaye və energetika

Qlobal əmtəə bazarında neft qiymətləri yeni həftənin başlaması ilə 5 %-dən çox aşağı düşüb.

TodayPress TV xəbər verir ki, bunu ticarət məlumatları göstərir.

"Qara qızıl"ın ucuzlaşmasına səbəb isə ABŞ Prezidenti Donald Trampın İranla yeni danışıqlar barədə bəyanatı olub.

"Brent" markalı neftin oktyabr fyuçerslərinin qiyməti əvvəlki bağlanışa nisbətən 5,17 % aşağı düşərək 1 barel üçün 83,38 ABŞ dolları, WTI-in sentyabr fyuçersləri isə 5,92 % ucuzlaşaraq 79,66 ABŞ dolları olub.

Xatırladaq ki, daha əvvəl D.Tramp ölkəsinin İrana ötən həftə sonu planlaşdırdığı hərbi hücumu ləğv etdiyini bildirib. O, həmçinin qeyd edib ki, ABŞ ilə İran avqustun 3-ü gün ərzində danışıqlar aparacaq.

TodayPress TV

XƏBƏR LENTİ
03 AVQUST 2026
Bütün Xəbərlər