Neft bazarında ucuzlaşma – “Azeri Light” gerilədi

Neft bazarında ucuzlaşma – “Azeri Light” gerilədi
27.06.2026 12:22 Sənaye və energetika

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,01 ABŞ dolları və ya 3,89 % azalaraq 74,36 ABŞ dolları təşkil edib.

TodayPress TV xəbər verir ki, Türkiyənin Ceyhan limanında FOB şərtləri ilə Azeri Light markalı neftin bir barelinin qiyməti 3,02 dollar və ya 4% azalaraq 71,90 dollara düşüb.

URALS xam neftinin qiyməti əvvəlki qiymətə nisbətən 3,71 dollar və ya 7,7% azalaraq barel üçün 44,14 dollara düşüb.

Şimal dənizində hasil edilən Dated Brent xam neftinin qiyməti əvvəlki qiymətə nisbətən 2,68 dollar və ya 3,7% azalaraq barel üçün 70,56 dollara düşüb.

Azərbaycanın 2026-cı il dövlət büdcəsində neftin orta qiyməti barel üçün 65 dollar proqnozlaşdırılır.

TodayPress TV

XƏBƏR LENTİ
27 IYUN 2026
Bütün Xəbərlər