Bayramda kökəlməmək üçün nə edə bilərik?
Sağlamlıq
19.03.2026 19:15
Bayram ziyarətlərində adətən çoxlu şirniyyat və müxtəlif təamlar təqdim olunur. Buna görə də günün digər yeməklərini daha yüngül qidalarla (salat, tərəvəz və s.) keçirmək və fiziki aktivliyi artırmaq çəki artımının qarşısını almağa kömək edir.
TodayPress TV "Haber Global"a istinadən xəbər veiri ki, bunu qidalanma və pəhriz üzrə mütəxəssis Fatma Turanlı Vardarer bildirib.
O, qeyd edib ki, aşağıdakı tövsiyələrə əməl etmək faydalıdır:
-
Sizə təqdim olunan hər şeyi yemək məcburiyyətində deyilsiniz.
-
Kiçik porsiyalarla bir və ya iki növ yemək seçmək daha az kalori qəbul etməyə kömək edir.
-
Diabet və yüksək təzyiq kimi xəstəlikləri olan şəxslər bayram boyunca şirniyyat və yağlı qidalardan uzaq durmalıdırlar.
-
Bayramdan sonra bədən quruluşundan asılı olaraq 1–5 kq arası çəki artımı müşahidə oluna bilər. Bu, adətən müvəqqəti olur. Bayramdan sonra düzgün qidalanma və idmanla artıq çəkidən qurtulmaq mümkündür. Lakin artıq çəki uzun müddət qalarsa, onu vermək daha çətin olur.
-
Az-az, amma tez-tez yeməyə çalışın. Günə mütləq səhər yeməyi ilə başlayın. Ara yeməklərdə meyvə, qoz-fındıq, kəpəkli biskvit və ya ayran kimi yüngül qidalar seçin.
-
Porsiyaları kiçildin.
-
Şəkərli qida və içkilərin, eləcə də şirniyyatların qəbulunu məhdudlaşdırın.
-
Gündə 1,5–2 litr su için.
-
Yeməklərlə birlikdə bol salat yeyin və salatlara alma sirkəsi əlavə edin.
-
Ət, toyuq və balıq kimi zülal mənbələrini sobada və ya qril üsulu ilə bişmiş şəkildə seçin.
-
Gündə 2 stəkan yoğurt, ayran və ya süd qəbul edin.
-
Yeməklərə acı bibər, kəklikotu, nanə, köri və qara istiot kimi ədviyyələr əlavə edin.
-
Hər gün bir ədəd alma, kivi və ya böyürtkən yeməyə çalışın.
-
Gündə 2 fincan yaşıl çay için, həmçinin darçınlı və zəncəfilli çaylara üstünlük verin.
-
Hər gün ən azı 30 dəqiqə sürətli gəzinti edin və bunu müntəzəm hala gətirin.
Mütəxəsis vurğulayıb ki, bu qaydalara əməl edərək bayram günlərini daha sağlam və balanslı şəkildə keçirə bilərsiniz.
Jalə Rövşən
tag: Bayram,Sağlamlıq ,Artıq çəki ,Köklük ,Todaypress.tv,
Bakı, Sumqayıt və Abşeron üzrə bir neçə nümunəvi xəstəxanaya mentor klinika statusu veriləcək
11.07.2025
“Mentor Klinika” və “Qlobal cərrahiyyə 2030 proqramı” layihələri çərçivəsində TƏBİB-in tabeliyində olan Bakı, Sumqayıt v...
Metal əşya mədəsinə batdı, ölümdən döndü
08.08.2025
01.08.2025-ci il tarixdə qarın boşluğuna metal əşya batmış 2004-cü il təvəllüdlü şəxs (kişi cinsli) ağır vəziyyətdə Klin...
Qobustan RMX-də 350 nəfər çalışır
20.06.2025
“Hazırda Qobustan xəstəxanasının nəzdində 3 ailə sağlamlıq mərkəzi, 5 tibb məntəqəsi və 10 kənd həkim məntəqəsi 350 nəfə...
TƏBİB-də təyinat oldu - YENİ MÜAVİN KİMDİR?
01.05.2026
Hüseynov Rahim Mahir oğlu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoruna müavin təyin edilib.Bu...
TƏBİB-də 11 ayın yekunları və qarşıya qoyulan hədəflər müzakirə olundu
15.12.2025
TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun rəhbərliyi ilə "İlin yekunlarına və növbəti il üçün qarşıya qoyulan hədəflərə...
Oturaq həyat tərzi ürək xəstəliklərini artırır
02.06.2025
Son illərdə insanlar, xüsusilə ofis işçiləri arasında oturaq həyat tərzi geniş yayılıb. TodayPress TV xəbər verir k...
İtaliyada 1,1 milyon insan Altsheymer xəstəliyindən əziyyət çəkir
21.09.2025
İtaliyada təxminən 1,1 milyon insan Altsheymer xəstəliyindən əziyyət çəkir.TodayPress TV xəbər verir ki, ölkədə 4 m...
Bakıda satılan dana əti basdırmasında at DNT-si aşkarlandı
14.11.2025
Bakıda bazarda satışa çıxarılan dana əti basdırmasında at DNT-si aşkarlanıb.Bu barədə TodayPress TV-yə Azərbaycan Qida T...
Yanvar-sentyabr ayları ərzində 70 milyona yaxın tibbi xidmət göstərilib
16.10.2025
TƏBİB tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində 2025-ci ilin ilk 9 ayı ərzində ümumilikdə 18 625 310 müraciət...
Həkimdən xəbərdarlıq: Süngərlər dəriniz üçün təhlükəlidir
07.07.2025
Həkimlər bildirir ki, duş zamanı istifadə edilən süngərlər göbələk və bakteriyalar üçün ideal mühitdir. Onlar dəridə qıc...
