Yardımlıda Orta Tunc dövrünə aid abidə tapıldı
AMEA Arxeologiya və Antropologiya İnstitutu və Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun birlikdə apardığı elmi tədqiqatının nəticəsi elan olunub.
TodayPress TV xəbər verir ki, Azərbaycanın cənub-şərq bölgəsində, orta dağlıq ərazidə, Yardımlı rayonundakı Viləşçay yaşayış yerində aparılan qazıntılar zamanı aşkarlanmış nümunələr üzərində kimya üzrə fəlsəfə doktoru Aybəniz Əhədovanın 4 aydan artıq apardığı laborator tədqiqatların nəticəsi olaraq abidənin e.əv. II minilliyin ortalarına - yəni Orta Tunc dövrünə aid olması faktı əldə edilib.