Xalq şairinin vəziyyəti barədə AÇIQLAMA
26 iyunda xroniki orqan çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirilən Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti açıqlanıb.
TodayPress TV xəbər verir ki, bu barədə Mərkəzi Klinikadan məlumat verilib.
Bildirilib ki, onun vəziyyəti ağır stabil olaraq qalır.
Xatırladaq ki, Nəriman Həsənzadə xəstəxanaya yerləşdirilib. Onun müalicəsi reanimasiyada davam etdilir.