Tacikistan və Azərbaycan milli kitabxanaları memorandum imzaladı

Tacikistan və Azərbaycan milli kitabxanaları memorandum imzaladı
22.05.2025 10:14 Mədəniyyət

Mayın 21-də Düşənbədə Tacikistan və Azərbaycan Milli kitabxanaları arasında əməkdaşlığa dair memorandum imzalanıb.

TodayPress TV xəbər verir ki, sənədi Tacikistan Milli Kitabxanasının direktoru  Cumaxon Farzalizoda və Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov imzalayıblar.

Memoranduma əsasən, iki ölkənin Milli kitabxanaları arasında qarşılıqlı fəaliyyət və kitab mübadiləsi həyata keçiriləcək.

Eləcə də bu fəaliyyətin bir hissəsi kimi Tacikistanın və Azərbaycanın görkəmli şəxslərinin yubiley tədbirlərinin keçirilməsi də nəzərdə tutulub.

FOTOLAR

Tacikistan və Azərbaycan milli kitabxanaları memorandum imzaladı — 1
XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər