"Rüstəm kişi"nin anadan olmasından 116 il ötür
Mədəniyyət
26.03.2026 10:29
Azərbaycan səhnə və kino sənətinin qızıl fonduna daxil olan görkəmli aktyor, SSRİ Xalq artisti Ələsgər Ələkbərovun adı çəkilən kimi, ilk olaraq onun ekranda yaratdığı milli kişi obrazı — Rüstəm kişi yada düşür. Aktyorun həm səhnədə, həm də kinoda çıxışları tamaşaçılar üçün hər zaman təkrarsız və yaddaqalan anlarla yadda qalıb.
TodayPress TV xəbər verir ki, bu gün böyük sənətkarın anadan olmasından 116 il ötür.
Ə.Ələkbərov 1933-cü ildə Akademik Dram Teatrına dəvət alıb və bu teatrda onlarla yaddaqalan rol yaradıb. Aktyorun yaratdığı iki obraz - Vaqif və Otello onun yaradıcılığının zirvəsi hesab olunur.
Unudulmaz sənətkar həm də bir sıra filmlərdə maraqlı rollar yaradıb. Aktyor ilk dəfə 18 yaşında “Vulkan üzərində ev” filmində Həsən rolunu oynayıb. O, “Fətəli xan” filmində yaratdığı baş qəhrəman obrazı ilə sübut edib ki, tarixi qəhrəmanları da yüksək ustalıqla ifa etmək lazımdır.
Xalq yazıçısı Mirzə İbrahimov 1960-cı ildə yazdığı “Qartal qanadlı sənətkar” məqaləsində deyib: “Azərbaycan dram teatrı ilə əlaqədar olduğum zamanlar Ələkbərovun sənətə münasibəti, surət üzərində işləməsi mənim diqqətimi cəlb etdi. Ələkbərov rol əlinə keçən gündən onunla yaşayırdı, hətta mənə elə gəlirdi ki, gündəlik həyata, rast gəldiyi adamlara da surətin gözü ilə baxır, sonra bunun psixoloji nəticələrini izləyir, hisslərin dilini tapmağa cəhd edir… Ələsgər Ələkbərov həm klassik, həm də müasir əsərlərdə eyni hərarətlə oynayır. O, bizim adamların, bugündən danışan dramlardakı qəhrəmanların surətini böyük həvəslə yaradır. Bu, çox qiymətli xüsusiyyətdir və yalnız ictimai cəhətdən deyil, estetik cəhətdən də mənalıdır”.
Görkəmli sənətkar 1963-cü il yanvarın 31-də vəfat edib. O, Fəxri xiyabanda dəfn edilib.
tag: Ələsgər Ələkbərov,Aktyor,Doğum günü ,"Rüstəm kişi",Todaypress.tv,
Əfsanəvi yazıçı vəfat etdi
27.05.2025
Amerikalı yazıçı, aktyor və ssenarist Piter Allen Devid 69 yaşında vəfat edib. TodayPress TV xəbər verir ki,...
Azərbaycan-İsrail kinematoqrafçılarının “Sevgimizin yolları” filmi təqdim olundu
09.07.2025
Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının (Azİz) təşkilatçılığı ilə Azərb...
Səidə Haqverdiyeva vəzifəsindən azad olundu
13.12.2025
Azərbaycan Dövlət Kukla Teatrının quruluşçu rejissoru Səidə Haqverdiyeva vəzifəsindən azad olunub.TodayPress TV xəbər ve...
Nazir müavini: “Azərbaycan ilk dəfə İƏT Mədəniyyət Festivalına ev sahibliyi edir”
05.12.2025
“Azərbaycan ilk dəfə İslam Əməkdaşlıq Təşkilatının Mədəniyyət Festivalına ev sahibliyi edir”.TodayPress TV xəbər verir k...
Hacı Nuran Arif Babayevin vəfatı ilə bağlı danışdı: “Heç vaxt narazılıq etmirdi”
01.08.2025
“Biz onunla çox yaxın dostluq edirdik. Baxmayaraq ki, mən ondan yaşca çox kiçiyəm, aramızda böyük hörmət vardı. Azərbayc...
İrəvan Dövlət Azərbaycan Dram Teatrının binası istifadəyə verildi
24.12.2025
Dekabrın 24-də Bakıda İrəvan Dövlət Azərbaycan Dram Teatrının binası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi...
Diplomatik nümayəndələr Toğrul Nərimanbəyovun Parisdəki məzarını ziyarət etdi
02.06.2025
Azərbaycan Respublikasının Fransadakı səfirliyinin nümayəndələri çağdaş Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəs...
Bakıda "Qazaxıstan kinosu ayı" keçirilir
23.07.2025
Bakıda Qazaxıstan kinematoqrafiyasına həsr olunmuş tədbir Aydın Saxaman tərəfindən çəkilmiş, əfsanəvi musiqi ansamblı “D...
Çingiz Abdullayev: “Elçin Əfəndiyev mənim üçün nümunə olub”
04.08.2025
“Dostluğumuz 40 il davam etdi. Elçin Əfəndiyev mənim üçün hər zaman nümunə olub. Taleyə bax ki, indi mən onun ailəsinə b...
Professor Aida Tağızadə 91 yaşında vəfat edib
06.08.2025
Musiqişünas, Əməkdar incəsənət xadimi, professor Aida Tağızadə 91 yaşında vəfat edib.TodayPress TV xəbər verir ki, bu ba...
