Nolanın "The Odyssey"i tarix yazdı

Nolanın "The Odyssey"i  tarix yazdı
30.07.2026 12:54 Mədəniyyət

Kristofer Nolanın yeni filmi "The Odyssey" kino tarixində ilkə imza atdı.

TodayPress TV xəbər verir ki, Homerin məşhur eposu əsasında çəkilən ekran əsəri tamamilə 70 mm IMAX plyonka kameraları ilə lentə alınan ilk tammetrajlı film kimi tarixə düşüb.

Məlumata görə, filmin dünya üzrə kassa gəlirləri artıq 650 milyon dollara yaxınlaşıb. Bu məbləğin təxminən 140 milyon dolları yalnız IMAX kinoteatrlarında nümayişlər hesabına əldə edilib.

Filmin 70 mm IMAX formatındakı seanslarına biletlər həftələr əvvəl satıldığından, kino sənayesi nümayəndələri hesab edirlər ki, bu uğur digər rejissorları da filmlərini tam şəkildə IMAX kameraları ilə çəkməyə həvəsləndirə bilər.

Bununla belə, mütəxəssislər bildirirlər ki, bir filmin bütövlükdə IMAX plyonka kameraları ilə çəkilməsi həm texniki, həm də maliyyə baxımından olduqca mürəkkəb prosesdir.

Jalə Rövşən 


XƏBƏR LENTİ
30 IYUL 2026
Bütün Xəbərlər