Flora Kərimova xəstəxanadan evə buraxıldı
Xalq artisti Flora Kərimova bu gün müalicə aldığı xəstəxanadan evə buraxılıb.
TodayPress TV xəbər verir ki, bu barədə APA-ya onun köməkçisi Əli Davud məlumat verib.
“Flora xanımın səhhəti yaxşıdır, müalicəsi müsbət nəticə verdiyi üçün həkimlərin qərarına əsasən evə buraxılıb”, – o bildirib.
Qeyd edək ki, Azərbaycanın Xalq artisti Flora Kərimova səhhətində yaranan narahatlıq səbəbindən xəstəxanaya yerləşdirilib. Sənətkarın müalicə prosesi Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb.
Xalq artisti
Flora Kərimova
Sənətkar
Heydər Əliyev Fondunun prezidenti
Mehriban Əliyeva
Todaypress.tv