Rusiya 2028-ci ildə Ayı skan etməyi planlaşdırır

Maraqlı

09.04.2026 19:30

Rusiya 2028-ci ildə Ayın skan edilməsini həyata keçirməyi planlaşdırır.

TodayPress TV xəbər verir ki, bu barədə "Roskosmos"un baş direktoru Dmitri Bakanov açıqlama verib.

Onun sözlərinə görə, Ayın öyrənilməsi üçün alətlərin hazırlanmasına 2026-cı ildə başlanılıb və 2028-ci ildə skan prosesi həyata keçiriləcək.

Bundan əvvəl "Roskosmos" Rusiyanın 2036-cı ilə qədər Ayda elektrik stansiyası yaratmağı planlaşdırdığını bildirib.

Bu layihə daimi fəaliyyət göstərən elmi Ay stansiyasının qurulması və qısamüddətli missiyalardan uzunmüddətli tədqiqat proqramına keçid üçün mühüm addım kimi qiymətləndirilir.

Türkan İsgəndərli

TodayPress TV

tag: Ay,Roskosmos,Skan,Rusiya,Todaypress.tv,