Nəhəng həşəratların nəsli niyə kəsilib?

Nəhəng həşəratların nəsli niyə kəsilib?
30.03.2026 19:45 Maraqlı

Təxminən 300 milyon il əvvəl yaşamış, qanad açıqlığı 70 santimetrə çatan nəhəng həşəratların yoxa çıxmasının səbəbi əvvəl düşünüldüyü kimi atmosferdəki oksigen səviyyəsi olmaya bilər.

TodayPres TV xəbər verir ki, Pretoriya Universitetinin alimlərinin apardığı yeni araşdırmaya görə, bu canlıların ölçülərinin kiçilməsi daha çox ətraf mühit və biomexaniki amillərlə bağlıdır.

Karbon dövründə yaşayan bu iri həşəratlar, o cümlədən müasir iynəcələrin qohumları olan qriffinlər, yüksək oksigenli atmosfer sayəsində böyüyə bildikləri güman edilirdi. Alimlər hesab edirdilər ki, həşəratların traxeya sistemi, oksigeni birbaşa toxumalara çatdıran borular daha çox oksigen olduqda onların böyüməsinə şərait yaradır.

Lakin yeni tədqiqat bu fikri şübhə altına alır. Araşdırma zamanı müxtəlif ölçülü həşəratların uçuş əzələləri elektron mikroskop vasitəsilə incələnib. Məlum olub ki, oksigen daşıyan ən nazik borular əzələ toxumasının cəmi 1 faizini təşkil edir və bu göstərici iri həşəratlarda da demək olar dəyişmir.

Bu nəticə göstərir ki, oksigen səviyyəsi həşəratların ölçüsünü məhdudlaşdıran əsas amil olmayıb.

Alimlərə görə, nəhəng həşəratların yoxa çıxmasının əsas səbəbləri başqa faktorlarla bağlıdır. Zamanla quşlar və yarasalar kimi yeni yırtıcılar meydana çıxıb və iri həşəratları daha asan ovlamağa başlayıb. Həmçinin ağır və qalın ekzoskeletin uçuşu çətinləşdirməsi də onların kiçilməsinə təsir etmiş ola bilər.

Türkan İsgəndərli

TodayPres TV

XƏBƏR LENTİ
01 IYUN 2026
Azərbaycan Prezidenti: Qlobal enerji təhlükəsizliyinə töhfəmiz mütləq artacaq 11:00 BMT ortada qaldı - ABŞ və Çin borclarını ödəmədi 10:59 Azərbaycanın pley-off həyəcanı: rəqib Qazaxıstandır! 10:57 Qızıl və gümüş almaq istəyənlərin NƏZƏRİNƏ! 10:48 İlham Əliyev: Bu gün Azərbaycanın iqtisadi göstəriciləri çox müsbətdir 10:44 Prezident: Dünya qazıntı yanacağı olmadan yaşaya bilməz 10:42 Azərbaycanlı mühəndisin müəllifi olduğu orbital raket partladı 10:40 Kart ödənişlərində yeni qayda - komissiyalara limit... 10:39 İranla bağlı gözlənilməz açıqlama: Hamı rahat olsun, razılaşma olacaq! 10:37 Putin Paşinyanı təbrik etdi 10:34 Prezident: Xəzər Neft və Qaz Sərgisi müasir Azərbaycanın enerji inkişafının təməlini qoydu 10:30 ŞAD XƏBƏR! İyunda 10 gün iş olmayacaq.... 10:26 İtkin düşən Azərbaycan vətəndaşlarının sayı yeniləndi 10:24 Bu gün 14:00-da... — 4 vaqon yola düşəcək! 10:19 Luis Enrike Avropanı fəth etdi, Makron heyranlığını gizlətmədi! 10:06 Məsud Pezeşkian istefa verib? 10:05 Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak etdi - YENİLƏNDİ 10:02 İkinci Dünya müharibəsindən qalan bomba illər sonra partladı: Dəhşətli görüntülər! 09:59 Təbii qazın yeni qiyməti müəyyənləşdi 09:57 Kaleb Orr Azərbaycanda səfərdədir 09:45 Britaniya və Fransa Rusiyaya qarşı əməliyyat keçirdi 09:40 Zelenski elan etdi! Onlar Ukraynaya ilk dəfə gəlirlər – SƏBƏB... 09:33 Morqan Rocers yay transfer bazarını silkələyə bilər 09:32 Neft həftəyə ARTIMLA başladı 09:29 Dünya bu açıqlamanı gözləyirdi: Qışa qədər... 09:22 Bütün Xəbərlər