“Lənətli” kukla hərracı silkələdi: 300 minə satıldı...

Maraqlı

01.05.2026 18:15

Böyük Britaniyada qorxulu görünüşlü taxta kukla rekord qiymətə – 300 min rubla satılıb.

TodayPress TV  "BBC News"a istinadən  xəbər verir ki, İngiltərənin Derbişir şəhərində XIX əsrin əvvəllərinə aid olan bu kukla hərraca çıxarılıb.

Bir alıcı antik kuklanı rekord sayılan 3000 funt sterlinqə (300 min rubldan bir qədər çox) əldə edib. Halbuki hərrac təşkilatçıları onun üçün 300 funt sterlinqdən artıq qiymət gözləmirdilər. Hərrac kifayət qədər gərgin keçib və lot sonda Böyük Britaniyadan olan şəxsi kolleksiyaçıya satılıb.

Taxta kukla saman papaq, krem rəngli ipək don, sədəf kəmər və qırmızı dəri ayaqqabılar da daxil olmaqla, orijinal geyimini qoruyub saxlayıb. Bu cür kuklalar adətən taxta mıxlardan və ya kiçik qəlpələrdən əl ilə hazırlanırdı ki, bu da onları nisbətən ucuz edirdi.

Məlumata görə, hazırkı satıcı bu kuklanı təxminən on il əvvəl məşhur Antiques Roadshow verilişinə təqdim edib. Həmin dövrdə, antik kuklaların populyarlığının zirvəsində olduğu vaxtda mütəxəssislər onun dəyərini təxminən 1000 funt sterlinq olaraq qiymətləndirmişdilər.

Satışı həyata keçirən Irita Marriott Auctioneers and Valuers şirkəti bu məbləğin bu tip əşyalar üçün rekord olduğunu təsdiqləyib.

Jalə Rövşən 

TodayPress TV

tag: Böyük Britaniya,Kukla ,Hərrac ,Rekord ,Todaypress.tv,