Dünyanın ən yaşlı tısbağası fırıldaqçılığın qurbanı oldu

Maraqlı

02.04.2026 18:45

Dünyanın ən yaşlı tısbağası olan Conatan fırıldaqçılığın hədəfinə çevrilib.

TodayPress TV  xəbər verir ki,  bu barədə "The Guardian"da məqalə dərc olunub .

Özünü tısbağanın baytarı Co Hollins kimi təqdim edən bir fırıldaqçı X-də (əvvəlki Twitter) Conatanın öldüyünü elan edib. Paylaşımda o, kriptovalyuta ilə ianələr istəyib. "BBC", "Daily Mail" "USA Today" heyvanın ölüm xəbərini sürətlə yayıblar, lakin sonradan bunun saxta olduğu üzə çıxıb.

"The Guardian"  jurnalistləri bildiriblər ki, Conatanın əsl baytarı X platformasından istifadə etmir. Onlar tısbağanın ölüm xəbərini təkzib edən Co Hollinslə əlaqə saxlayıblar.

“Tısbağa Conatan sağ-salamatdır. X-də özünü mənim adımdan təqdim edən biri kriptovalyuta ianələri istəyir və bu, hətta 1 Aprel zarafatı da deyil. Bu, fırıldaqçılıqdır”, – deyə həkim bildirib.

Həmçinin qeyd olunur ki, fırıldaqçının hesabı Braziliyada qeydiyyatdan keçib, Conatan isə Müqəddəs Yelena adasında yaşayır.

Qeyd edək ki, Conatan Seyşel adalarının nəhəng tısbağası növünə aiddir. Bu tısbağalar adətən təxminən 150 il yaşayırlar, lakin 194 yaşlı Conatan bu sahədə rekord qırıb. Hazırda ondan daha yaşlı quru tısbağası növü məlum deyil.

TodayPress TV

Jalə Rövşən 

tag: Tısbağa ,Fırıldaq ,Co Hollins,Conatan,Todaypress.tv,