Atasının “uğurlu” rəqəmləri britaniyalıya milyon qazandırdı
Maraqlı
25.03.2026 19:00
Böyük Britaniya sakini atasının seçdiyi “uğurlu” rəqəmlərlə lotereyada 1 milyon funt sterlinq qazanıb.
TodayPress TV xəbər verir ki, bu barədə "The Sun" məlumat yayıb.
Məlumata görə, 56 yaşlı Şon Heys atasının illər əvvəl istifadə etdiyi rəqəmləri saxladığı dəftəri yenidən taparaq həmin kombinasiya ilə oynayıb.
O bildirib ki, atası 1994–2010-cu illərdə bu rəqəmlərlə lotereyada iştirak edirdi və o, Yeni il ərəfəsində bu ənənəni bərpa etmək qərarına gəlib.
Heys qələbəni həyat yoldaşı ilə pubda olarkən öyrənib. Zəif əlaqə səbəbindən o, qalibiyyətini təsdiqləmək üçün binanın daxilində siqnal axtarmağa məcbur olub.
Qalib qazandığı məbləği torpaq sahəsi olan ev almağa, həmçinin həyat yoldaşı ilə dünya turuna çıxmağa sərf etməyi planlaşdırır.
O əlavə edib ki, atasına minnətdardır və bu qələbənin onların həyatını dəyişəcəyini bildirib.
Qiymət Mahir
tag: Böyük Britaniya ,Şon Heys,Qalib ,Heys,TodayPress TV,
