“M10”la əməkdaşlıq bitəndən sonra ABB müştərilərinin pulları niyə yoxa çıxdı?

“M10”la əməkdaşlıq bitəndən sonra ABB müştərilərinin pulları niyə yoxa çıxdı?
24.06.2026 16:23 Maliyyə

“M10” və ABB arasında əməkdaşlığın başa çatmasından sonra bəzi istifadəçilər şəxsi kartlarının mənfi balansa düşdüyünü bildirirlər. 

Məsələ ilə bağlı hüquqşünas Əkrəm Həsənov TodayPress TV-yə açıqlamasında bildirib ki, belə halların qanuniliyini qiymətləndirmək üçün ilk növbədə tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə baxmaq lazımdır.


Onun sözlərinə görə, istər bank, istərsə də digər sahibkarın istehlakçı ilə münasibətlərində müştəri üçün gözlənilməz hallar olmamalıdır:

“Bank olsun, digər sahibkar olsun, onun istehlakçı ilə, yəni vətəndaşla münasibətlərində müştəri üçün gözlənilməz heç nə olmamalıdır. Əgər belə hal müqavilədə nəzərdə tutulubsa, ola bilər. Nəzərdə tutulmayıbsa, ola bilməz. Məsələn, beynəlxalq bank hansısa tərəfdaşla əməkdaşlığa son qoyursa və bunun nəticələri müqavilədə əks olunubsa, həmin şərtlər tətbiq edilə bilər. Buna görə də tərəflər arasında bağlanılmış müqaviləyə baxmaq lazımdır”.

Hüquqşünas hesab edir ki, istifadəçilərin hesablarının mənfi balansa salınmasının hüquqi əsasının olub-olmaması konkret müqavilə şərtlərindən asılıdır. Buna görə də hər bir hal ayrıca araşdırılmalıdır.

Xanım Musayeva

XƏBƏR LENTİ
24 IYUN 2026
Bütün Xəbərlər