Əmlak sığortası bazarı 19 %-ə yaxın böyüdü

Əmlak sığortası bazarı 19 %-ə yaxın böyüdü
04.04.2026 18:00 Maliyyə

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda əmlak sığortası üzrə 47,878 milyon manat sığorta haqqı toplanılıb.

TodayPress TV Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18,8 % çoxdur.

Hesabat dövründə əmlak sığortası üzrə ödənişlərin məbləği isə 6,754 milyon manat təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 12,1 % çoxdur.

2 ayda əmlak sığortası üzrə toplanmış hər 100 manat sığorta haqqının 14,1 manatı ödəniş edilib. Bu göstərici 1 il bundan əvvəl 15 manat olub.

Xatırladaq ki, yanvar-fevral aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 277,562 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,3 % azdır.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 148,800 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 37 % çoxdur.

2 ayda sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 53,6 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 38,6 manat olub.

TodayPress TV

XƏBƏR LENTİ
20 IYUN 2026
Bütün Xəbərlər