Yarmarkalarda satışa çıxarılan məhsullar risk əsaslı yoxlamalardan keçirilir – Qoşqar Təhməzli
Kənd Təsərrüfatı
17.12.2025 11:14
Hər il Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təşkil olunan Arıçılıq Məhsullarının Ənənəvi Respublika Sərgi-Satış Yarmarkaları çərçivəsində satışa çıxarılan bütün məhsullar risk əsaslı yoxlamalara cəlb olunur”.
TodayPress TV xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin rəhbəri Qoşqar Təhməzli Aqrar biznes festivallarına həsr olunmuş yekun tədbirdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən bal və bal məhsullarından nümunələr götürülərək laborator müayinələr aparılır və qida təhlükəsizliyi ilə keyfiyyət standartlarına cavab verməyən məhsulların satışına yol verilmir.
Qoşqar Təhməzli bildirib ki, Bakı şəhərində keçirilən mövsümi yarmarkalarda da məhsulların keyfiyyətinə operativ nəzarət təmin olunur. Yarmarkalarda fəaliyyət göstərən Səyyar Qida Laboratoriyaları vasitəsilə vətəndaşların satışa çıxarılan məhsulların təhlükəsizliyi və keyfiyyəti ilə bağlı müraciətləri yerində araşdırılır, zərurət yarandıqda isə məhsullardan laborator analizlər üçün nümunələr götürülür.
Agentlik rəhbəri vurğulayıb ki, bu yanaşma istehlakçıların etimadının artırılmasına, eyni zamanda əhalinin təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təmin olunmasına xidmət edir.
Qiymət Mahir
tag: Qoşqar Təhməzli,AQTA,Tədbir,Çıxış,Todaypress.tv,
