Azərbaycan və Efiopiya kənd təsərrüfatında əməkdaşlığın genişləndirilməsini müzakirə etdi

Azərbaycan və Efiopiya kənd təsərrüfatında əməkdaşlığın genişləndirilməsini müzakirə etdi
30.07.2025 13:59 Kənd Təsərrüfatı

Azərbaycan və Efiopiya kənd təsərrüfatının modernləşdirilməsi imkanlarını, qarşılıqlı ticarətin genişləndirilməsini müzakirə ediblər.

TodayPress TV xəbər verir ki, bu barədə Efiopiyanın kənd təsərrüfatı naziri Girma Amente "X" sosial şəbəkəsində yazıb.

Onun sözlərinə görə, bununla bağlı müzakirələr azərbaycanlı həmkarı Məcnun Məmmədov ilə keçirilən görüşdə baş tutub.

Görüş Efiopiyanın paytaxtı Əddis-Əbəbədə keçirilən BMT-nin Ərzaq Sistemləri üzrə 2-ci Sammiti (UNFSS+4) çərçivəsində baş tutub.

Tərəflər, həmçinin kadr potensialının artırılması və mütəxəssislərin peşə hazırlığı proqramlarının həyata keçirilməsini müzakirə ediblər.

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər