AQTA və Macarıstanın KTN arasında Fəaliyyət Planı imzalandı

AQTA və Macarıstanın KTN arasında Fəaliyyət Planı imzalandı
08.09.2025 13:59 Kənd Təsərrüfatı

Budapeşt şəhərində Azərbaycan və Macarıstan Hökumətləri arasında sentyabrın 5-də iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın XI iclası keçirilib. 

Bu barədə TodayPress TV-yə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, iclasdan sonra "Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Macarıstanın Kənd Təsərrüfatı Nazirliyi arasında 2025-2027-ci illər üçün Fəaliyyət Planı" və digər sənədlər imzalanıb.

Budapeştdə keçirilən XI iclasın iki ölkənin ticarət, biznes, qida təhlükəsizliyi və digər sahələrdə əməkdaşlığın gücləndirilməsi baxımından əhəmiyyəti yüksək dəyərləndirilir.

TodayPress TV

XƏBƏR LENTİ
07 IYUN 2026
Bütün Xəbərlər