Vergi ödəyicilərinin sayı 5 %-ə yaxın artdı

İqtisadiyyat

17.12.2025 10:38

Bu il dekabrın 1-nə Azərbaycanda 1 667 152 vergi ödəyicisi olub.

Bu barədə TodayPress TV-yə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib.

Məlumata görə, bu, ötən il dekabrın 1-i ilə müqayisədə 4,8 % çoxdur.

Vergi ödəyicilərinin 86,8 %-i fiziki şəxslər, 13,2 %-i hüquqi şəxslər və digər təşkilatlardır. Son 1 ildə fərdi sahibkarların sayı 4,5 %, idarə, müəssisə və təşkilatların sayı isə 6,9 % artıb.

Noyabrın sonuna qeydiyyatda olan kommersiya qurumlarının sayı isə 1 il əvvələ nisbətən 7,5 % çox – 203 001 vahid təşkil edib. Dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 92 %-i məhdud məsuliyyətli cəmiyyət (MMC), 1,1 %-i səhmdar cəmiyyət, 1,1 %-i kooperativ, qalanı isə digər formalarda yaradılıb.

Təkcə bu ilin 11 ayında 12 957 vahid kommersiya qurumu dövlət qeydiyyatından keçib. Onun 88,8 %-i yerli, 11,2 %-i xarici investisiyalıdır.

Kommersiya qurumlarının 85,1 %-i elektron qaydada qeydiyyata alınıb. Hesabat dövründə qeydiyyatdan keçmiş yerli investisiyalı MMC-lərin e-qeydiyyatının xüsusi çəkisi 96,4 % təşkil edib.

TodayPress TV

tag: Vergi,Ödəyici,Artım,DVX,Todaypress.tv,