İtaliya şirkəti ilə əməkdaşlığın prioritet istiqamətləri müzakirə edildi

İtaliya şirkəti ilə əməkdaşlığın prioritet istiqamətləri müzakirə edildi
10.12.2025 14:30 İqtisadiyyat

İqtisadiyyat naziri Mikayıl Cabbarov İtaliyanın "Saipem S.p.A." şirkətinin baş icraçı direktoru və baş meneceri cənab Alessandro Puliti ilə görüşüb.

TodayPress TV xəbər verir ki, bunu nazir "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"Şirkətlə əməkdaşlığın prioritet istiqamətləri, enerji, infrastruktur və "yaşıl keçid" sahələrində həyata keçirilən layihələr, birgə fəaliyyətin şaxələndirilməsi imkanları barədə fikirlərimizi bölüşdük. Regionda bərpaolunan enerji potensialının reallaşdırılmasının və mövcud resurslardan səmərəli şəkildə faydalanmağın əhəmiyyətini vurğuladıq", - deyə o qeyd edib.

TodayPress TV

XƏBƏR LENTİ
20 IYUN 2026
Bütün Xəbərlər