"WhatsApp"da böyük yenilik: Telefon nömrəsini gizlədən funksiya gəlir

"WhatsApp"da böyük yenilik: Telefon nömrəsini gizlədən funksiya gəlir
30.06.2026 11:31 İKT

"WhatsApp" istifadəçilərə telefon nömrələrini paylaşmadan ünsiyyət qurmağa imkan verəcək yeni istifadəçi adı (username) funksiyasını rəsmi olaraq təqdim edib.

TodayPress TV xəbər verir ki, şirkətin açıqlamasına görə, yeni sistem sayəsində istifadəçilər "Telegram"da olduğu kimi özlərinə ləqəb seçə biləcəklər.

Funksiya hələ tam istifadəyə verilməsə də, tətbiqin son versiyasında istifadəçi adını əvvəlcədən rezerv etmək mümkündür.

Bunun üçün "Parametrlər" → "Hesab" → "İstifadəçi adı" bölməsinə daxil olaraq öz ləqəbinizi yarada və ya sistemin təklif etdiyi variantlardan birini seçə bilərsiniz.

Yenilik aktiv olduqdan sonra yeni əlaqələr istifadəçilərlə telefon nömrəsini bilmədən, yalnız istifadəçi adı vasitəsilə əlaqə saxlaya biləcəklər. Bu da məxfiliyin daha yaxşı qorunmasına kömək edəcək.

Bundan əlavə, "WhatsApp" təhlükəsizliyi artırmaq üçün dörd rəqəmli xüsusi kod sistemi də təqdim edəcək. İstifadəçi istədiyi halda, ona ilk dəfə mesaj göndərmək istəyən şəxslər həm istifadəçi adını, həm də həmin kodu daxil etməli olacaqlar.

Şirkət bildirib ki, yeni funksiya qarşıdakı aylarda müxtəlif ölkələrdə mərhələli şəkildə istifadəyə veriləcək. İstifadəçilər yenilik aktiv olduqda tətbiq daxilində bildiriş alacaqlar.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUN 2026
Bütün Xəbərlər