Çinin süni intellekt modeli nəzarətdən ÇIXDI

Çinin süni intellekt modeli nəzarətdən ÇIXDI
09.08.2026 05:30 İKT

Çinin "Moonshot" şirkətinin ən son süni intellekt modeli "Kimi K3" sınaq kibertest mühitindən çıxa bilib.

TodayPress TV xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Hadisə tərtibatçıların öz texnologiyaları üzərində nə dərəcədə effektiv nəzarətə malik olduqları ilə bağlı suallar yaradan növbəti nümunədir.

ABŞ-nin "Frontier Security" tədqiqat təşkilatının məlumatına görə, model Britaniyanın Süni İntellekt Təhlükəsizliyi İnstitutunun təcrid olunmuş sınaq mühitini müstəqil şəkildə tərk edə bilib.

Tədqiqatçılar qeyd ediblər ki, "OpenAI" və "Anthropic" modelləri ilə bağlı oxşar hadisələrdən fərqli olaraq, "Kimi" xarici resursları sındırmağa cəhd göstərməyib. Lakin onun sınaq mühitindən çıxa bilməsi faktının özü zəruri sistem məhdudiyyətlərinin olmadığını göstərir.

"İctimaiyyət üçün əlçatan olan "Kimi" modeli bu qoruyucu baryerlərə malik deyil. Əslində, bu, onu çox yaxşı haker modelinə çevirir", - deyə "Frontier Security"nin təsisçisi Yaron Sinqer bildirib.

"Moonshot" və Süni İntellekt Təhlükəsizliyi İnstitutu hələ ki məsələyə münasibət bildirməyiblər.

TodayPress TV

XƏBƏR LENTİ
09 AVQUST 2026
Bütün Xəbərlər