"Apple" Çinlə bağlı Tramp administrasiyasından xüsusi icazə istədi

"Apple" Çinlə bağlı Tramp administrasiyasından xüsusi icazə istədi
27.06.2026 16:51 İKT

ABŞ-nin texnologiya nəhəngi "Apple"ın Çin şirkəti "CXMT"dən yaddaş çipləri almaq üçün Tramp administrasiyasından icazə istədiyi bildirilir.

TodayPress TV xəbər verir ki, bu barədə "Financial Times" mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, "Apple" artan yaddaş çipləri qiymətlərinin yaratdığı maliyyə təzyiqini azaltmaq məqsədilə Ağ Evin razılığını almaq üçün lobbiçilik fəaliyyətinə başlayıb. Bildirilir ki, şirkət nümayəndələri bir aydan çox əvvəl ABŞ Ticarət Departamenti və digər dövlət qurumları ilə əlaqə saxlayıblar.

Qeyd olunur ki, "CXMT" şirkəti Pentaqonun qara siyahısında yer alsa da, "Apple" üçün bu şirkətdən məhsul almaq birbaşa qadağan edilməyib. Lakin şirkət mümkün nüfuz risklərini nəzərə alaraq rəsmi təsdiq almağa çalışır.

Çin isə ABŞ-nin Çin şirkətlərinə qarşı tətbiq etdiyi məhdudiyyətləri əsassız hesab etdiyini və ölkə şirkətlərinin qanuni hüquqlarını qorumaq üçün lazımi addımlar atacağını bəyan edib.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
27 IYUN 2026
Bütün Xəbərlər