Tbilisidə yeni ümidlər: Cüdoçularımızdan medal gözlənilir

İdman

21.03.2026 10:23

Gürcüstanda cüdo üzrə “Böyük Dəbilqə” turniri davam edir. 

TodayPress TV xəbər verir ki, bu gün Azərbaycanın daha 4 cüdoçusu Tbilisi turnirinin mükafatları uğrunda mübarizə aparacaq. 

Hidayət Heydərov (73 kq) 1/16 finalda turnirdə Belçikanı təmsil edən Zelemxan Batçayevlə qarşılaşacaq. Eyni  çəki dərəcəsində mübarizə aparan Kamran Süleymanov isə 1/32 finalda digər belçikalı cüdoçu Rey Marinkslə görüşdə qüvvəsini sınayacaq. 

Qadın idmançıların yarışında isə bu gün 70 kq çəki dərəcəsində çıxış edən cüdoçularımızdan  Südabə Ağayeva və Aytac Qardaşxanlı tatami üzərinə çıxacaqlar. 1/16 final mərhələsindən mübarizə aparacaq cüdoçularımızın rəqibləri Nino Qulbani (Gürcüstan) ilə Şirincon Yuldoşovay (Özbəkistan) olacaq.

Qeyd edək ki, “Böyük Dəbilqə” turnirinin ilk yarış günündən sonra Azərbaycan komandasının aktivində 1 gümüş medal var. Cüdoçu Turan Bayramov (66 kq) ötən gün fəxri kürsünün ikinci pilləsinə yüksəlib.

Namiq HUN

TodayPress TV

tag: Cüdo,Gürcüstan,Böyük Dəbilqə,Turnir,Todaypress.tv,