Ronaldo DÇ-2026-da da ağlayacaq? - Buna görə mərc yaratdılar

Ronaldo DÇ-2026-da da ağlayacaq? - Buna görə mərc yaratdılar
12.06.2026 22:30 İdman

Bukmeker kontorları Portuqaliya millisinin əfsanəvi hücumçusu Kriştianu Ronaldonun 2026-cı il dünya çempionatında göz yaşlarına boğulma ehtimalını qiymətləndiriblər.

TodayPress TV xəbər verir ki, bu barədə məlumatı “Sports” nəşri yayıb.

Analitiklər 41 yaşlı ulduz futbolçunun turnir zamanı ağlamaq ehtimalını 73% olaraq dəyərləndirirlər. Maraqlıdır ki, cəmi bir həftə əvvəl bu əmsal xeyli aşağı – 50% civarında idi. Portuqaliyalının karyerasındakı bu son böyük turnirdə keçirəcəyi emosional anlar bukmekerlərin də diqqət mərkəzindədir.

Qeyd edək ki, Portuqaliya yığması DÇ-2026-da ilk matçını iyunun 17-də Konqo Demokratik Respublikası millisinə qarşı keçirəcək. Ronaldonun komandası ilə yanaşı, qrupda Özbəkistan və Kolumbiya yığmaları da mübarizə aparır.

Bundan əvvəl isə bukmeker kontorları Ronaldo ilə onun əbədi rəqibi, Argentina millisinin kapitanı Lionel Messinin bu dünya çempionatındakı məhsuldarlığının müqayisəsi üzrə mərc qəbuluna başlamışdılar. Hazırkı əmsallara görə, Messinin Ronaldodan daha çox qol vurma ehtimalı 1,76, portuqaliyalı forvardın argentinalını qabaqlama ehtimalı isə 3,70 reytinqlə qiymətləndirilir.

Xatırladaq ki, portuqaliyalı ulduz DÇ-2022-in 1/4 finalında Mərakəş millisinə 1:0 uduzduqları matçda da gözyaşlarına hakim ola bilməmişdi.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər