Qordon gündəmdə – Qakpo ayrılarsa “Liverpul” onu alacaq

Qordon gündəmdə – Qakpo ayrılarsa “Liverpul” onu alacaq
21.03.2026 13:46 İdman

“Liverpul” hücumçusu Kodi Gakponu İngiltərə və Avropa klublarına vasitəçiləri vasitəsilə təklif edir. 

TodayPress TV “TEAMtalk”a istinadən xəbər verir ki, maraqlanan komandalar arasında “Tottenhem” də var.

Mənbəyə görə, əgər Qakpo komandadan ayrılarsa, “Liverpul” onu “Nyukasl Yunayted”in Entoni Qordonu ilə əvəz etməyi planlaşdırır. Qakpoya isə həmçinin “Leypsiq”, “Napoli” və “Milan” da maraq göstərir.

Qeyd edək ki, cari mövsümdə Kodi Qakpo bütün turnirlərdə 41 oyunda iştirak edib, 8 qol vurub və 4 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir. Transfermarkt portalında futbolçunun bazar dəyəri 65 milyon avro qiymətləndirilir.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
20 IYUN 2026
Bütün Xəbərlər