“Qarabağ” üçün ağır zərbə - Əsas müdafiəçi uzun müddət yoxdu

“Qarabağ” üçün ağır zərbə - Əsas müdafiəçi uzun müddət yoxdu
19.02.2026 17:12 İdman

UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl”la oyunda zədələnən “Qarabağ”ın futbolçusu Bəhlul Mustafazadə 10-12 həftə yaşıl meydanlardan kənarda qalacaq.

TodayPress TV xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, tibbi müayinələrdən sonra Bəhlul Mustafazadənin sol budunun adduktor əzələlərində və qasıq nahiyəsində zədə müəyyən edilib.

Hazırda cərrahi müdaxilənin mümkünlüyü qiymətləndirilir. Futbolçunun məşq prosesinə qayıdış müddəti bərpa mərhələsinin gedişindən asılı olacaq.

İlkin tibbi rəyə əsasən, reabilitasiya dövrünün təxminən 10-12 həftə davam edəcəyi gözlənilir.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
21 IYUN 2026
Bütün Xəbərlər