Paracüdoçumuz Avropa çempionatında medal qazandı
Almaniyanın Heydelberq şəhərində paracüdo üzrə Avropa çempionatı start götürüb.
TodayPress TV xəbər verir ki, Azərbaycan millisinin üzvü Saleh Sultanov (J1, 81 kq) yarışın bürünc medalını qazanıb.
İdmançımız 1/4 finalda fransalı Siril Jonara məğlub olub.
Sultanov təsəlliverici görüşdə neytral bayraq altında çıxış edən Aleksandr Jujqovu, bürünc medal uğrunda qarşılaşmada isə gürcüstanlı Mishiко Şiobrişvilini məğlub edib.
Namiq Hun