“O burada tarix yazır” - Nadal Cokoviçin uğurunu alqışlayır

İdman

31.01.2026 13:00

22 dəfə “Böyük Dəbilqə” turnirlərinin qalibi və sabiq dünya birincisi olan  ispan tennisçi Rafael Nadal “Australian Open” turnirində kişi tennisçilərin  yarımfinal oyunları barədə təəssüratlarını bölüşüb. 

TodayPress TV xəbər verir ki, bu barədə Sportklub saytı məlumat yayıb.

Nadal bildirib ki, yarımfinal oyunlarını izləmək onun üçün böyük zövq olub:

“Mən ilk oyunu təyyarədə izləmək imkanına malik oldum, ikinci oyunu isə tam görə bilmədim. Maraqlı və emosional bir gün idi, gözəl xatirələr yarandı. Qarşıdakı final da əla olacaq. 
Həqiqətən, əvvəllər fərqli hisslər keçirirdim. Uzun müddət əlimdən gələni etmişdim, indi isə daha çox azarkeş kimi hiss edirəm. İnsanlar bu emosional, uzun qarşılaşmaları sevirlər, fiziki faktorlar daha çox rol oynayanda insanlar daha çox həvəslənir. Üç setlik oyunlar… çoxları bunu unudur”.

Nadal həmçinin qeyd edib ki, Cokoviç qalib gəlsə, sevinəcək, çünki Novak onun karyerasında əsas rəqiblərindən biri olub:

“Finalı izləmək maraqlı olacaq, mübarizədən və yaxşı tennisdən zövq alacağam. Novakla inanılmaz tariximiz var, yüksək səviyyədə rəqabət aparmışıq və ona hər şeyin ən yaxşısını arzulayıram. Alkaras isə həmvətənimdir və Olimpiya oyunlarında birlikdə çıxış etmişik. Amma Cokoviç qalib gələrsə, mən onun adına sevinəcəm; bu mənim üçün dram deyil. O burada tarix yazır”, - deyə Nadal bildirib. 

Xatırladaq ki, “Australian Open” turnirinin yarımfinal mərhələsində Karlos Alkaras Aleksandr Zverevi, Novak Cokoviç isə Yannik Sinneri məğlub edib.

Qeyd edək ki, Alkaras və Cokoviç fevralın 1-də turnirin finalında qarşılaşacaqlar. 

Namiq HUN

TodayPress TV

tag: Böyük Dəbilqə,Australian Open,Nadal ,Cokoviç,Todaypress.tv,