"Neftçi" Tokio mərhələsinə ABŞ üzərində qələbə ilə start verdi
1 avqust 3x3 basketbol üzrə Dünya Qadın Seriyasında Tokio mərhələsinin ilk oyun gününün görüşləri keçirilir.
TodayPress TV xəbər verir ki, ölkəmizi bu mərhələdə təmsil edən "Neftçi" klubu ilk qrup oyununda basketbolun yaradıcıları sayılan ABŞ millisinə 18:13 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, "Neftçi" qrupda sonuncu oyununu Niderland U-25 seçməsinə qarşı keçirəcək.
Görüş Bakı vaxtı ilə saat 14:25 baş tutacaq.