“Mayami Masters”də Alkaras karyera rekordunu yenilədi

“Mayami Masters”də Alkaras karyera rekordunu yenilədi
21.03.2026 13:00 İdman

Tennis üzrə “Böyük Dəbilqə” turnirlərinin 7 qat qalibi və dünya birincisi Karlos Alkaras yaşca ondan kiçik rəqiblərə qarşı oyunlarda məğlubedilməz seriyasını 13 qələbəyə çatdırıb. 

TodayPress TV xəbər verir ki, bu barədə “Opta Ace” nəşri məlumat yayıb. 

“Mayami Masters” turnirinin ikinci turunda Alkaras 19 yaşlı Joao Fonsekani 6:4, 6:4 hesabı ilə məğlub edib.

Alkaras və Fonseka üçün bu, “Mayami Masters”də ilk rəsmi qarşılaşma olub. 22 yaşlı ispaniyalı tennisçi APT turunda karyerası ərzində heç vaxt ondan kiçik rəqibə uduzmayıb.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
21 IYUN 2026
Bütün Xəbərlər