“Mançester Siti”dən 100 milyonluq transfer planı

“Mançester Siti”dən 100 milyonluq transfer planı
30.07.2026 10:29 İdman

“Mançester Siti” İspaniya millisinin yarımmüdafiəçisi Rodrinin mümkün gedişindən sonra onun əvəzləyicisini müəyyənləşdirib.

TodayPress TV xəbər verir ki, bu barədə jurnalist Nikolo Skira məlumat yayıb.

“Şəhərlilər” “Lill” klubunun mərakeşli yarımmüdafiəçisi Ayub Buaddinin transferi üçün ciddi addım atıb.

Mənbənin bildirdiyinə əsasən, “Mançester Siti” və 18 yaşlı futbolçu şəxsi müqavilənin şərtlərini razılaşdırıblar. Tərəflər arasında imzalanacaq müqavilənin müddəti 2031-ci ilin yayına qədər nəzərdə tutulub.

Daha əvvəl yayılan xəbərlərə görə, “Lill” gənc yarımmüdafiəçinin transferindən 100 milyon avro gəlir əldə etmək istəyir. 

Qeyd edək ki, Ayub Buaddi ötən mövsüm klub səviyyəsində bütün turnirlərdə 42 oyunda meydana çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun “Lill”lə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. Transfermarkt portalında  futbolçunun bazar dəyəri 80 milyon avro qiymətləndirilir.

Xatırladaq ki, 2026-cı il dünya çempionatında Mərakeş millisinin heyətində 5 oyunda iştirak edən Buaddi məhsuldar göstərici ilə fərqlənməyib.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
Bütün Xəbərlər