Maaş endiriminə razı olmadı, ayrılıq qaçılmaz oldu

Maaş endiriminə razı olmadı, ayrılıq qaçılmaz oldu
03.08.2026 09:23 İdman

“Napoli” Romelu Lukakunu satışa çıxarıb.

TodayPress TV xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” nəşri məlumat yayıb.

Bildirilir ki, İtaliya çempionu yay transfer pəncərəsində belçikalı hücumçu Romelu Lukaku ilə yollarını ayırmağa hazırdır. Neapol təmsilçisi 33 yaşlı futbolçu üçün 10 milyon avroluq təklifləri nəzərdən keçirməyə razıdır.

Klub rəhbərliyi futbolçunun agenti Federiko Pastorello ilə görüş keçirib. Danışıqlardan sonra tərəflər əməkdaşlığı davam etdirməmək qərarına gəlib.

Məlumata əsasən, “Napoli” Lukakuya maaşının azaldılmasını da təklif edib. Lakin təcrübəli hücumçu bu variantı qəbul etməyib.

Beləliklə, belçikalı forvardın cari yay transfer dövründə komandadan ayrılmaq ehtimalının xeyli artdığı vurğulanır.

Qeyd edək ki, Lukaku ötən mövsüm bütün turnirlərdə 5 oyunda meydana çıxıb, 1 qol vurub və 1 sarı vərəqə alıb. Mətbuatda onun MLS təmsilçisi “Atlanta Yunayted”ə keçə biləcəyi barədə xəbərlər yayılıb.

Namiq HUN

XƏBƏR LENTİ
03 AVQUST 2026
Bütün Xəbərlər