İspan jurnalistdən Yamal üzərindən diqqətçəkən mesaj
İspaniyalı jurnalist Pedro Pikeras ölkədə miqrantlara münasibətdən danışarkən “Barselona” və İspaniya millisinin futbolçusu Lamin Yamalı nümunə göstərib.
TodayPress TV xəbər verir ki, jurnalist bu barədə RTVE telekanalının efirində danışıb.
Pikeras bildirib ki, dünya çempionatının finalı zamanı insanlar Lamin Yamalı böyük coşqu ilə qarşılayırdılar.
“Dünya çempionatının finalı keçiriləndə hər kəs Lamin Yamalı sevirdi. Mən küçədə idim və insanların onu necə böyük həvəslə alqışladığını gördüm. Düşünürəm ki, dözümsüzlüyü cəmiyyətin kiçik bir hissəsi yayır. Sadə insanlar bu komandada dərisinin rənginə görə heç kimi fərqləndirmirdilər. Onlar İspaniyaya möhtəşəm qələbə qazandıran nümunəvi gəncləri görürdülər”, – deyə jurnalist bildirib.
O, əlavə edib ki, cəmiyyətdə irqçi və ayrı-seçkilik xarakterli baxışların yayılmasına müəyyən qruplar təsir göstərir.
“Bizə dünyaya sinfi, irqçi və ayrı-seçkilik prizmasından baxmağı təlqin etməyə çalışırlar. Sanki ağdərili olmaq üstünlükdür. Təəssüf ki, vəziyyət daha da pisləşə bilər”, – deyə Pikeras vurğulayıb.
Qeyd edək ki, Lamin Yamal 2026-cı il dünya çempionatında İspaniya millisinin heyətində bütün səkkiz oyunda iştirak edib və bir qol vurub. O, həmçinin Almaniyada keçirilən Avropa çempionatında yeddi qarşılaşmada forma geyinərək bir qol və dörd assistlə yadda qalıb.
Namiq HUN