İraoladan İsak mesajı: “Mövsümün əsas simalarından biri olacaq”
“Liverpul”un baş məşqçisi Andoni İraola yeni mövsümdə hücumçu Aleksander İsakın komandanın əsas oyunçularından biri olacağını bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
A.İraola isveçli futbolçunun hazırkı fiziki durumundan razı qaldığını deyib:
“Düşünürəm ki, Aleks hazırda yaxşı vəziyyətdədir. Dünya çempionatında özünəinamlı təsir bağışlayırdı və meydanda rahat görünürdü. O, artıq bizimlə ilk məşqini keçib və mən İsakın yaxşı versiyasını gördüm.
Əlbəttə, hələ tezdir, çünki məşqlərə yenicə başlayıb. Ümid edirəm ki, “Lids Yunayted”lə oyunda müəyyən qədər oyun vaxtı alacaq və tam hazırlıq prosesi keçəcək. Hazırlıq müddəti uzun olmayacaq, amma inanıram ki, üç-dörd həftə ərzində lazımi fiziki formaya çatacaq. Bundan sonra onu optimal vəziyyətə gətirəcəyik, çünki bu mövsüm o, komandamız üçün çox vacib futbolçu olacaq”.
Qeyd edək ki, “Liverpul” avqustun 2-də keçiriləcək yoxlama görüşündə “Lids Yunayted” klubu ilə üz-üzə gələcək.
Namiq HUN