Dünya çempionatının ulduzuna xüsusi imtiyaz verildi!

Dünya çempionatının ulduzuna xüsusi imtiyaz verildi!
04.08.2026 13:04 İdman

Çili Futbol Federasiyası Vozinyaya “Kolo-Kolo”da ləqəbi ilə çıxış etməyə icazə verib.

TodayPress TV ESPN-ə istinadən xəbər verir ki, Çili çempionatının qaydalarına əsasən futbolçuların formalarında yalnız rəsmi soyadları göstərilməlidir.

Lakin əsl adı Jozimar Joze Evora Diaş olan 40 yaşlı qolkiper son dünya çempionatındakı çıxışından sonra məhz “Vozinya” ləqəbi ilə geniş tanınıb.

Bildirilir ki, mundialdakı uğurlu performansından sonra onun sosial şəbəkələrdəki izləyici sayı bir neçə mindən milyonlara yüksəlib.

Çili Futbol Federasiyası digər klubların da razılığı ilə bu qaydada istisna tətbiq edib. Qərar həm “Kolo-Kolo”, həm də futbolçunun özü tərəfindən dəstəklənib.

Kabo-Verde millisinin qapıçısı Vozinya Çilinin “Kolo-Kolo” klubu ilə mövsümün sonunadək nəzərdə tutulan müqaviləyə imza atıb.

Qeyd edək ki, qolkiper son olaraq Portuqaliyanın “Şaveş” klubunda çıxış edib. O, son mundialda Kabo-Verde millisi ilə 1/8 finala yüksəlib. Komanda bu mərhələdə əlavə vaxtda Argentinaya 2:3 hesabı ilə məğlub olub. Vozinya turnirdə keçirdiyi dörd oyunda beş qol buraxıb və FIFA azarkeşlərinin səsverməsinə əsasən mundialın rəmzi komandasının qapıçısı seçilib.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
04 AVQUST 2026
Bütün Xəbərlər