Dünya çempionatında bir idmançımız yoluna davam edir
Hindistanın paytaxtı Yeni Dehlidə badminton üzrə dünya çempionatı keçirilir.
TodayPress TV xəbər verir ki, mundialın ilk günündə Azərbaycanın iki badmintonçusu kişilərin fərdi yarışında, bir idmançısı isə qadınların fərdi turnirində mübarizə aparıb.
Kişilərin fərdi yarışında Azərbaycan millisinin lideri Edi Reski Dviçayo isveçli Qustav Byorkler üzərində qələbə qazanıb. O, rəqibini 14:21, 21:17, 21:18 hesabı ilə məğlub edib.
Dviçayo avqustun 19-da keçiriləcək 1/16 final mərhələsində yaponiyalı Yuşi Tanaka ilə qarşılaşacaq.
Azərbaycanın digər təmsilçisi Dikki Dvi Panqestu isə mübarizəni dayandırıb. O, 1/32 final mərhələsində danimarkalı Anders Antonsenə 19:21, 17:21 hesabı ilə uduzub.
Qadınların fərdi yarışında mübarizə aparan Keyşa Fatimə Zəhra da növbəti mərhələyə yüksələ bilməyib. Azərbaycanlı badmintonçu 1/32 finalda danimarkalı Mia Bliçfeldtə 18:21, 4:21 hesabı ilə məğlub olub.
Namiq HUN