“Dünya çempionatı satılmır!” – Baş nazirdən FIFA-ya sərt mesaj

“Dünya çempionatı satılmır!” – Baş nazirdən FIFA-ya sərt mesaj
29.07.2026 09:11 İdman

Böyük Britaniyanın Baş naziri Endi Börnem FIFA-nın dünya çempionatının kommersiya hüquqlarının bir hissəsini satmaq planına sərt reaksiya verib.

TodayPress TV xəbər verir ki, Baş nazir bu barədə sosial şəbəkə hesabında paylaşım edərək bildirib ki, futbol investorlara deyil, azarkeşlərə məxsusdur.

“Futbol investorların deyil. O, tribunaları dolduran, hər həftə yağışda da, günəşdə də komandalarını dəstəkləyən insanlara məxsusdur. Dünya çempionatı satışa çıxarılan bir məhsul deyil. Bu, dünya idmanının ən möhtəşəm turniridir və heç vaxt kiminsə satacağı bir mülk olmayıb. Bu sövdələşməni necə adlandırmağınızın fərqi yoxdur – onun kiçik bir hissəsini belə satmaq bütün dəyərlərə xəyanət etmək deməkdir. Futbol azarkeşlərindir. Həmişə belə olub və həmişə də belə olacaq”, – deyə Börnem vurğulayıb.

Qeyd edək ki, daha əvvəl FIFA-nın sabiq prezidenti Zepp Blatter də qurumun hazırkı rəhbəri Canni İnfantinonun dünya çempionatının kommersiya hüquqlarının bir hissəsini satmaq planı ilə bağlı yayılan xəbərlərə münasibət bildirmişdi.

Namiq HUN

XƏBƏR LENTİ
29 IYUL 2026
Bütün Xəbərlər