DÇ-2026: 1/16 final mərhələsinin son oyunları keçiriləcək
ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatının 1/16 final mərhələsinin son oyunları keçiriləcək.
TodayPress TV xəbər verir ki, Dallas stadionunda Avstraliya və Misir seçmələri qarışılaşacaqlar.
Həmçinin Argentina - Kabo Verde, Kolumbiya - Qana görüşləri baş tutacaq.
DÇ-2026
1/16 final
3 iyul
22:00. Avstraliya - Misir
Baş hakim: Qustavo Texera (Uruqvay).
Dallas stadionu
4 iyul
02:00. Argentina - Kabo Verde
Baş hakim: Dryu Fişer (Kanada).
Mayami stadionu
05:30. Kolumbiya - Qana
Baş hakim: Kleman Türpen (Fransa).
Kanzas stadionu
Xatırladaq ki, dünya çempionatı iyulun 19-da yekunlaşacaq.