Çətin start: cüdoçularımız medal yolunda büdrədi
İdman
01.05.2026 14:41
Tacikistanın paytaxtı Düşənbədə cüdo üzrə “Böyük Dəbilqə” turniri keçirilir.
TodayPress TV xəbər verir ki, yarışın ilk günündə Azərbaycan millisinin üç üzvü tatamiyə çıxıb.
66 kq çəki dərəcəsində mübarizə aparan İslam Rəhimov və Nizami İmranov 1/4 finala yüksəlsələr də, bu mərhələdə məğlub olublar.
Hər iki cüdoçumuz təsəlliverici görüşdə mübarizəni davam etdirib. İslam Rəhimov ukraynalı Vadim Çernov, Nizami İmranov isə fransalı Simon Lesovajla qarşılaşıb
Nizami İmranov bürünc medal görüşündə rusiyalı German Kobetslə yarışacaq. İslam Rəhimov isə təsəlliverici görüşdə məğlub olaraq yarışı yeddinci pillədə tamamlayıb..
60 kq çəki dərəcəsində çıxış edən Murad Muradlı isə 1/8 finalda özbəkistanlı Muhammadcon Maşaripova uduzaraq Düşənbə turniri ilə erkən vidalaşıb.
“Böyük Dəbilqə” turniri mayın 3-də başa çatacaq.
Namiq HUN
tag: Düşənbə,Cüdo,Böyük Dəbilqə,Tacikistan,Todaypress.tv,
