Ceksonun hərəkəti futbol azarkeşlərinin rəğbətini qazandı!
“Çelsi”nin hücumçusu Nikolas Cekson baş məşqçi Xabi Alonsodan yoldaşlıq oyununda vaxtından əvvəl meydanı tərk etməsinə icazə verməsini xahiş edib.
TodayPress TV xəbər verir ki, jurnalist Saymon Consonun yaydığı məlumata görə, seneqallı futbolçu bu addımı ukraynalı yarımmüdafiəçi Mixail Mudrikin oyun praktikası qazanması üçün atıb.
Bildirilir ki, Cekson Alonso ilə razılaşaraq meydandan çıxıb və bunun nəticəsində Mudrik “Yuventus”la keçirilən yoldaşlıq görüşündə meydana daxil olub.
Qeyd edək ki, bu, Mudrikin 2024-cü ildə dopinq qaydalarını pozduğuna görə aldığı cəzadan sonra keçirdiyi ilk oyun olub. O, qarşılaşmanın 82-ci dəqiqəsində meydana çıxıb.
Xatırladaq ki, Mudrik 2024-cü ildə dopinq testində meldonium aşkarlanmasından sonra müvəqqəti uzaqlaşdırılmışdı. Daha sonra İngiltərə Futbol Assosiasiyası ona qarşı rəsmi ittiham irəli sürmüş və futbolçu dörd il müddətinə diskvalifikasiya edilmişdi. Bu il iyulun 31-də isə qurum intizam araşdırmasının başa çatdığını və cəzanın ləğv edildiyini açıqlayıb.
Namiq HUN