Bayındır Avropa Liqası iştirakçısına transfer olundu!

Bayındır Avropa Liqası iştirakçısına transfer olundu!
07.08.2026 13:48 İdman

“Mançester Yunayted” klubunun qapıçısı Altay Bayındır karyerasını İspaniyada davam etdirəcək. Türkiyəli qolkiper icarə əsasında “Selta”ya transfer olunub.

TodayPress TV xəbər verir ki, bu barədə “Mançester Yunayted”in rəsmi saytı məlumat yayıb.

28 yaşlı qapıçı ötən mövsüm “qırmızı şeytanlar”ın heyətində 6 oyunda meydana çıxıb. O, 2023-cü ildə “Fənərbağça”dan transfer olunduqdan sonra klubdakı üçüncü mövsümünü keçirirdi. Bayındır 2024-cü ildə “Nyuport Kaunti” ilə matçda debüt edib və ümumilikdə “Mançester Yunayted”in heyətində 17 qarşılaşmada forma geyinib.

Qolkiper ötən mövsüm La Liqanı 6-cı pillədə başa vuran və baş məşqçi Klaudio Xiraldesin rəhbərliyi altında cari mövsüm UEFA Avropa Liqasında çıxış edəcək “Selta”ya qoşulacaq.

Namiq HUN

XƏBƏR LENTİ
07 AVQUST 2026
Bütün Xəbərlər